Qarşılayın! “CafeCity” milli şəbəkəsinin yeni konsepti! “CafeCity Bistro” - “Torqovaya” (Nizami) küçəsində yerləşən və Avropa mətbəxinə xitab edən, rahatlığı, özünəməxsus doğmalığı ilə seçilən bir kafe. Sizə harada rahatdırsa, orada əyləşin: 1-ci mərtəbədə, gümrahedici qəhvə ətri yayılmış barın yaxınlığında və ya 2-ci mərtəbədə, pəncərənin önündəki rahat divanda, yaxud da isti şala bürünərək açıq terrasda. Bəs menyuda Sizi nə gözləyir? Bu konsept yaranarkən baş aşpaz əsasən müəllif qəlyanaltılarından ibarət geniş assortimentə üstünlük verib: Qızılbalıqla milföy və paşot yumurta, risniklər, trianqllar, Asiya sayağı badımcan…
Menyuda həmçinin müxtəlif pasta çeşidlərinə və “CafeCity”dən Sizə tanış olan yeməklərin yeni tərzdə təqdimatına rast gələcəksiniz. Sizə şəhərin ritminə qulaq verərək armud və jasmin, portağal və darçın və digər meyvə çaylarının ətirli çələngindən zövq almağı təklif edirik. Ümid edirik ki, bundan sonra “CafeCity Bistro” şəhər gəzintinizin ən yaddaqalan hissəsinə çevriləcək.
Sizi Nizami küç.,96 A ünvanında gözləyirik.
Nizami küç.,96 A
Bazar ertəsi - Cümə axşamı və bazar günü 09:00-00:00 Cümə- Şənbə - 09:00-02:00 *1666Şəxsi məlumatlarını daxil edin və göndərin
Fayl seçilməyib
Fayl çox böyükdür (> 3MB)
əlavə edinZəhmət olmasa sifarişi ləğv etmə səbəbinizi qeyd edin